Metroda cibgirlik edən şəxs tutuldu

0
10

Dekabrın 27-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın üç gün əvvəl metronun “Gənclik” stansiyasının platformasında cibindən “Samsung” markalı mobil telefonunun oğurlandığını bildirib. 

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs metronun “Elmlər Akademiyası” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Hafiz Hüseynov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin