Xəbərlər

Məşhur türkiyəli repçi Rəmişlə bağlı paylaşım etdi

Türkiyənin məşhur rep ifaçısı Ezhel (Ömer Sercan İpekcioğlu) ötən gün dünyasını dəyişən Xalq artisti Rafiq Hüseynovla (Rəmiş) bağlı paylaşım edib.

AnTv.az xəbər verir ki, o, 2 milyona yaxın izləyicisi olan instaqram hesabında Rəmişin ifasını paylaşaraq sənətçinin ölümündən kədərləndiyini qeyd edib:

“Rəmiş babanı ilk dəfə yutubda tanıdım, daha sonra gitaraya heyran oldum. Təəssüf ki, onu itirdik. Ruhu şad olsun”.