Məscidə silahlı basqın, qətliam həyata keçirildi – FOTOLAR – VİDEO

0
357

Yeni Zelandiyada məsciddə qətliam olub.

AnTV.az xarici mətbuata istinadən xəbər verir ki, Kraystcerc şəhərində yerləşən iki məsciddə baş verən hadisə nəticəsində 40 nəfərin öldüyü bildirilir. Ölənlərin sayının artacağı ehtimal edilir. Çoxlu sayda yaralı da var.

Hadisə ilə bağlı ilkin açıqlama ondan ibarətdir ki, xristian olan qatilin müsəlmanlara kin saxladığı bildirilir.

Polis şəhər əhalisinə müvəqqəti olaraq evlərindən bayıra çıxmamaları haqda tövsiyə verib.

Hadisənin şahidləri silahlı adamların Noor məscidinə daxil olduğunu və orada insanları güllələdiyini bildiriblər.

Məsciddə müsəlmanların qətlini həyata keçirənlər həmin anı videoya alıblar. Video twitterdə paylaşılıb. Videodan görünür ki, məsciddə olan şəxslər amansızcasına güllələnir.

Terroru həyaata keçirən 4 qatilin saxlanıldığı bildirilir.

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin