Merkelin Qarabağla bağlı mövqeyi təqdirəlayiqdir

0
16

Rəsmi Bakı Almaniya kanslerinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini təqdirəlayiq hesab edir.

AnTv.Az xəbər verir ki, bunu mətbuat konfransında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi bildirib ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında ikitərəfli və çoxtərəfli əlaqələr inkişaf edir:

“Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün iyulun 10-da Brüsselə səfəri Azərbaycanla Aİ arasında əlaqələrin inkişafına mühüm töhfə verib”.

H. Hacıyev qeyd edib ki, Almaniya kansleri Angela Merkelin bu yaxınlarda Azərbaycana səfəri həm Aİ, həm də Almaniya ilə əlaqələrin inkişafına mühüm töhfə verəcək:

“Almaniya kanslerinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi mövqeyi təqdirəlayiq hesab edirik. Qeyd etdiyimiz kimi, Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.

Bütün beynəlxalq səylər, o cümlədən Minsk qrupunun həmsədrlərinin səyləri səfərbər edilməlidir ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin icrası təmin edilsin və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması həyata keçirilsin”.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin