Merkel Ərdoğana zəng vurub -“Hücumu dərhal dayandırın”

0
13

Almaniyanın nüfuzlu “Die Welt” dərgisi bildirir ki, kansler Angela Merkel “Türkiyəni Suriyada hərbi hücumlara dərhal son qoymağa çağırıb”. Bu barədə bazar günü Federal Hökumətin nümayəndəsi açıqlama yayıb.

AnTV.az “Müsavat.com”-a istinadən xəbər verir ki, Türkiyənin təhlükəsizlik maraqlarına baxmayaraq keçirilən hərbi əməliyyat yerli əhalinin böyük bir hissəsinin didərgin düşməsinə, bölgədə sabitliyin pozulmasına və İŞİD-in güclənməsinə gətirib çıxara bilər.

Kansler Merkel, Rəcəb Tayyib Ərdoğanın istəyi ilə Türkiyə prezidenti ilə telefon əlaqəsi saxlayıb. Federal Hökumətin yaydığı xəbərdə belə deyilir.

“Danışıq zamanı Türkiyənin hərbi əməliyyatlara başlamasından sonra Suriyanın şimal-şərqindəki vəziyyət diqqət mərkəzində olub. Suriyanın İdlib əyalətindəki vəziyyət və Türkiyənin Aralıq dənizinin şərqində qaz kəşfiyyatı ilə bağlı gördüyü işlərə diqqət yetirilib”.

Xristian Demokrat İttifaqı (CDU) lideri Annegret Kramp-Karrenbauerisə daha əvvəl Türkiyənin başladığa hərbi əməliyyatı kəskin şəkildə tənqid etmişdi. NATO tərəfdaşı olan Türkiyənin işğalçı gücə çevrilməsinin qarşısının alınmasından danışmışdı.

Xanım siyasətçi əmindir ki, NATO ölkələri bu məsələ ilə bağlı Türkiyəyə “dəqiq cavab” verməlidir. O, həmçinin kürdləri pis vəziyyətdə qoyan ABŞ-ı da tənqid atəşinə tutmuşdu. Bildirmişdir ki, Almaniyanın hərbi təlim keçdiyi kürd döyüşçülər radikal islamçılara-İŞİD-ə qarşı mübarizədə uğur qazanmışdı. İndi isə kürdlərə siqnal göndərilir ki, biz sizi tərk etməliyik.

“Die Welt” bildirir ki, Türkiyə ordusu Suriyanın sərhəd şəhəri olan Tal Abjadı işğal edib. Suriyada Britaniyaya bağlı İnsan Haqlarını Müşahidə qrupu isə bildirib ki, bu şəhər Türkiyənin çərşənbə günü başlayan hücumundan bəri ələ keçirdiyi ən böyük şəhərdir. Türkiyənin dövlət xəbər agentliyi “Anadolu” da bu xəbəri təsdiqləyib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin