“Mənim tövsiyələrimə əməl etmədən stabil dövlət yaratmaq mümkün deyildir….” – Rəsul Quliyev

0
4513

“Mənim tövsiyələrimə əməl etmədən stabil dövlət yaratmaq mümkün deyildir.”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev ölkə prezidenti İlham Əliyevin bir neçə günlük yoxa çıxmasına münasibət bildirərkən deyib.

Tanınmış siyasətçi mövzuya belə şərh verib:

“Prezidentin az qala bir aydır yoxa çıxması və bununla əlaqədar heç bir məlumatın verilməməsi çox saylı və çox çeşidli şaiələrin yaranmasına səbəb olub. Azərbaycan hələ də sovet sisteminin neqativliklərindən azad ola bilməyib. İlk növbədə hakimiyyət bu şaiələrin qarşısını almaq üçün prezidentlə əlaqədar düzgün məlumatlar verməli idi. Ancaq həqiqəti xalqdan gizli saxlamaq sovet-rus modelini Azərbaycana tətbiq etmiş keçmiş sovetdən qalmış və bu gün də hakimiyyətdə olan tör-töküntülər hər şeyi xalqdan gizlətməyi siyasətin fundamenti kimi qəbul edir.”

R.Quliyev bildirir ki, prezident hər gün xalqın nəzarətində qalmalıdır:

“Prezident nəinki bir ay, heç bir gün belə xalqın nəzərindən kənarda dayanmamalıdır. Əgər prezident uzun müddətə yoxa çıxırsa, səbəb ciddidir. Çox ehtimal, demək olar ki, 100 % əminliklə onun xəstə olduğuna şübhə yoxdur. Burda qeyri-adi heç bir şey yoxdur. İstənilən adam istənilən yaşında xəstələnə bilər, o cümlədən prezident. Ancaq bunu gizlətmək olmaz.”

“Heydər Əliyevin ağır xəstələnməsi, hətta vəfat etməsini gizlin saxlayan eyni komanda, indi də İlham Əliyevin sağlamlığı barədə hər şeyi gizli saxlayır və gərginliyi artırır. Azərbaycandan xaricə getmiş və internet tv-lər YARATMIŞ JURNALİSTLƏR ən “mötəbər” mənbələrdən aldıqları məlumatlara əsasən müxtəlif, ağlasığmaz şaiələr yaymaqda davam edirlər. Eyni tipli şaiələr 2003 və 2005-ci illərdə də (İ.Əliyev ən geci bir aya Azərbaycandan qaçacaq) daha böyük vüsətlə yayılırdı.

O vaxt mən belə şaiələrin heç bir mənbəyi olmadığını asanlıqla sübut edirdim. Çünki nə o vaxt nədəki indi İlham Əliyevin qaçmasına ümid edən gücsüz və ya indiki vəziyyətdə dahada zəifləmiş müxalifətin Əliyevin başına bir iş gələrsə onların hansı işlərinə yarayacağı anlaşılmazdır. Əliyevin meydandan getməsindən yaranacaq xaosdan istifadə edib hakimiyyətə gələcəklərinə inanan bu günkü ana və ya bala və ya hələ doğulmamış müxalifətçilər çox böyük və bağışlanmaz səhvə yol verirlər, çünki acınacaqlı vəziyyətdədirlər.”

Eks-spiker fikrinin sonunda ölkədə dəyişiklik etməyin yeganə yolunun seçkilərdən keçdiyini bildirir:

“İstər prezident Əliyevlə, istərsədə onsuz indiki hakimiyyətin vəzifəsi ölkədə nəhayət siyasi reformalara, yəni demokratik seçkilərin keçirilməsinə başlamalıdır. Kimlərinsə xarici qüvvələrin köməyi ilə hakimiyyətə gəlmək arzuları beşiklərində boğulmalıdır. Xalqın formalaşması ancaq və ancaq onun yaradacağı dövlət orqanları, prezident, parlament,  məhkəmələr seçildikdən sonra baş tuta bilər. Ola bilər, Əliyev bir neçə günə yenidən peyda olacaq. İstənilən variantda mənim tövsiyələrimə əməl etmədən stabil dövlət yaratmaq mümkün deyildir.”

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin