Xəbərlər

Meksikada təyyarə qəzası - VİDEO

Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus “Learjet” təyyarəsi qəzaya uğrayıb.

AnTv.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ölkənin şərqində Verakrus ştatında, Xalapa şəhəri yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarədə 7 nəfər olub. Onların hamısı qəzada həlak olublar.

Hadisə yerinə xilasedicilər və hakimiyyət nümayəndəri gəlib.

Meksikanın Müdafiə Nazirliyi hələlik qəzanı şərh etməyib. Faciənin başvermə səbəbləri barədə məlumat yoxdur.