Mehman Hüseynovun həbs müddəti uzadıla bilər

0
79

   Blogger Mehman Hüseynova CM-nin 315.2 maddәsilә yeni cinayәt işi açılıb. 

  AnTV.az xəbər verir ki, blogger 14 saylı CÇM-nin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur.

Əgər M. Hüseynov bu maddə ilə təqsirli bilinərsə, onu 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir.

Belə ki,  tanınmış blogger yanvarın 9-u Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub sərbəst buraxılsa da Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub cəzalandırılmasını istəmiş və blogger bu ittihamla təqsirli bilinərək Suraxanı rayon Məhkəməsinin qərarı ilə onun 2 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilmişdir.

Xatırladaq ki, bloggerin həbsdən azad olunmasına 2 ay qalmışdı.

 

 Nurlan Cəfəri

 AnTV.az

 

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin