Məhəmməd Əmin Rəsulzadənin adı verilmiş, Palmali Şirkətinə aid GƏMİ VURULDU! – ŞOK

0
2612

“Palmali” şirkətlər qrupunun prezidenti, Türkiyədə yaşayan azərbaycanlı iş adamı  Mübariz Mənsimovun yeni gəmisi batıb.

AnTV.az xəbər verir ki, Mübariz Mənsimov gəmisinin qəsdən vurulduğunu iddia edir. O, sosial şəbəkə hesabında etdiyi paylaşımda gəmisinin batmasını belə şərh edib:

“Bir neçə Saat öncə “Mammad Amin Resulzade” adlı gəmimiz Liberiya bayraqlı “Doric Warrior” gəmisi ilə çarpışdı. Daha doğrusu, gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vuruldu! Şükür ki, hər şey qaydasındadır və təhlükəli vəziyyət, təlafat yoxdur.

Qəza anı ilə eyni dəqiqələrdə türk və Azərbaycanda eyni axmaqların mediasında xəbərlər yayıldı. Bu xəbəri həmin an kim yaydı?! Gəmiyə durduğu yerdə zərər yetirmək bir cinayətdir! Sonuna qədər araşdıracağıq. Haqqın.az deyilən şərəfsiz bir media var. Siz gedən yolları yaxşı bilirik. Bu xəbəri sevincək verənlər, Azərbaycan xainidir. Sizin də sonunuz gələcək!

Sonunda onu deyim ki, “Rəsulzadə” gəmisinə toxunan gəmi ondan on dəfə böyük gəmidir. Ancaq buna rəğmən gəmimiz batmadı. Bizim gəmimizi kimsə batıra bilməz. Hələ də anlamadınız. Siz bu xəyallarınızda boğulacaqsınız. Biz sizin sonunuzu görəcəyik, siz bizim deyil. Tək-tək gəlməyin, hamınız gəlin. Bu da meydan…

Ayrıca, “haqqın.az” və “denizhaber” kimi şərəfsiz saytları maliyyələşdirən Rövnəq Abdullayev və Anar (Əlizadə, Aliyev) axmağın soyadı çoxdu.  Atasının soyadını bilmir heç. Mən bunlara göz yuman dövlətə səslənirəm ki, bunların qarşısını alın. Mərdliyimizə görə, bizi peşman etməyin. Yetər buna göz yumuldu. Susan divar belə bir gün danışır.” sitatın sonu…

Mübariz Mənsimovun paylaşdığı yazı

 

Xatırladaq ki, jurnalist Eynulla Fətullayev hadisə baş verdiyi an gəminin batmasını məsxərəyə qoyub. Mübariz Mənsimovu da əsəbləşdirən elə bu olub:

Eynulla Fətullayevin məsxərəyi

 

Kənardan sözügedən jurnalistin paylaşımı adi xəbər kimi görünə bilər. Amma düşünsək ki, xəbəri ilk yayan elə onun özüdür, ortaya qaranlıq məqamlar üzə çıxır. Aylardır iş adamının addımlarını lağa qoyan, onu gözdən salmağa çalışan Eynulla Fətullayevdə bu xəbər hardan idi? Və ən əsası qeyd etdiyimiz kimi aylardı bu mövzuda anti-təbliğat aparan jurnalist bu məlumatı, əmri hardan, kimdən və niyə alıb? Suallar çoxdur, zamanı gələndə cavab və səbəblər ortaya çıxacaq…

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin