Məhəbbət Kazımovun oğlu atasının ölüm səbəbini açıqlayıb

0
151

ARB TV-nin “Bu qədər” proqramında bu dəfə mərhum sənətkar, Əməkdar artist Məhəbbət Kazımov haqqında danışılıb.

 AnTV.az xəbər verir ki, proqramda Məhəbbət Kazımovun dostları, qardaşı və oğlu onunla bağlı xatirələrini bölüşüb. Müğənninin oğlu Rəşad Kazımov atasının ölümü haqqında ürəkparçalayan xatirələr danışıb: “Məhəbbət Kazımov deyiləm, amma onun oğlu olduğumun bir ağırlığı var. Bunu duyub hərəkət etmək gözəl hissdir. İnsanlar musiqiçini itirdi, mən isə öz atamı. Səhv addımlarımda məni irəli aparan bir insan idi. Ən xoşuma gələn mahnısı “Bəh-Bəh” mahnısıdır. Yaxşı mənada atama rəhmət oxutdura bilirəmsə, bu, mənim uğurumdur. Rayon yerinə istirahətə gedəndə çay içiridik, 200 metr aşağıda “Laçınım” mahnısı gedirdi, bir az yuxarıda da atamın başqa mahnısı oxunurdu. Bu, çox gözəl hissdir.

“Laçınım” mahnısını oxuyanda çox kövrəlirdi. Təzyiqi bəzən çox qalxırdı. Bir dəfə “Laçınım” mahnısına toyda oynadılar mikrofonu qoyub toydan çıxmışdı. Deyirdi ki, bu mahnıya əl çalmayın. Ölümündən 4 il qabaq həkim oxumağı qadağan etmişdi. O qədər ürəkdən oxuyurdu ki, daxili orqanları tab gətirmirdi. Anam dedi ki, hər şeyi qadağan etdirə bilərsən, amma oxumağı yox. Evdən çıxanda anam dedi ki, atamın vəziyyəti pisləşib. Təcili tibbi yardım maşını gələndə artıq ruhunu tapşırmışdı. Mənə bu gec çatdı. Məhlədə baxıram adamlara, hiss etmirəm. Sinif yoldaşım Toğrulu görəndə özümü saxlaya bilmədim və qucaqlayıb ağladım. Əziyyətli ölüm görmədi. O baxımdan atamı xoşbəxt sayıram”.

Qeyd edək ki, müğənni, mərhum sənətkar Məhəbbət Kazımov 2014-cü il yanvar ayının 27-də vəfat edib.

 Nurlan Cəfəri

   AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin