Məhbus cəbhəçiyə yeni cəza verilib

0
19

AnTv.az bildirir ki, Məmməd İbrahim 2015-ci ilin sentyabrında həbs edilib, AXCP-dən ayrılmış Mikayıl Quliyevi və daha iki nəfəri döyməkdə ittiham olunub. 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi 3 il azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

2018-ci il sentyabrın son günlərində, 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış 16 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd İbrahimin yastığının altından bıçaq tapıldığı bəyan olunub. Yasamal Rayon Məhkəməsi Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təqdimatı ilə Məmməd İbrahim haqqında həbs qətimkan tədbiri seçib. Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham olunan Məmməd İbrahim Bakı İstintaq Təcridxanasına köçürülüb.

Cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasına görə məsuliyyəti nəzərdə tutan 317-2.1-ci maddəsində maksimal sanksiya 6 ayadək müddətə azadlıqdan məhrumetmədir.

Yeni cinayət işi üzrə məhkəmə prosesi 2018-ci ilin sonlarında başlanıb. 2019-cu il yanvarın 8-də dövlət ittihamçısı Məmməd İbrahimin 6 ay azadlıqdan məhrum olunmasını təklif edib.

Yanvarın 10-da hakim Ceyhun Qədimov Məmməd İbrahimi 5 ay 20 gün müddətinə azadlıqdan məhrum edib. AXCP fəalının cəzası mart ayının sonuna yaxın başa çatacaq.

Hökmə əsasən, 167 manat ekspertiza xərcini də Məmməd İbrahim ödəməlidir.

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin