“MediClub” klinikasında xəstə ölüb? – AÇIQLAMA

0
8

Son vaxtlar koronavirus pandemiyası ilə əlaqədar məsuliyyətsiz vətəndaşlar tərəfindən müxtəlif şayiələr və təşviş əhval-ruhiyyəsi yayılır.

AnTV.az “Oxu.az”-a istinadən xəbər verir ki, bu barədə “MediClub” Klinikasının açıqladığı məlumatda deyilir.

Bildirilir ki, xəstəxananın stasionar şöbəsində koronavirusdan xəstənin ölməsi ilə bağlı şayiələr dezinformasiyadır və heç bir əsası yoxdur.

Həmçinin, qeyd olunur ki, koronavirus xəstələrinin həm müalicəsi, həm də laborator diaqnostikası yalnız dövlət strukturları tərəfindən həyata keçirilir:

“Buna Nazirlər Kabineti yanında operativ qərargah, eləcə də Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən çox ciddi şəkildə nəzarət edilir. Koronavirusa yoluxmuş xəstənin ölümü ilə bağlı informasiya həqiqəti əks etdirmir. Üstəlik, özəl klinikada belə bir vəziyyət prinsipcə mümkün deyil”.

Xatırladaq ki, koronavirusla bağlı yalan informasiyanın yayılması Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində ciddi cəzalandırılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin