Matlab Mütəllimlinin qoçu oğlanları partiya funksionerinə hücum etdi

0
1133

Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimlinin övladları Gələcək Azərbaycan Partiyasının İH üzvü, Azərbaycan Xalq Hərəkatının Mərkəzi İcra Aparatının sədri Rəşid Nazimə hücum ediblər.

AnTV.az xəbər verir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının mətbuat xidməti məlumat verib.

Partiya sədri bildirir ki, Mətləb Mütəllimlinin övladları Rəşid Nazimin işlədiyi kafeyə gələrək öncə onu təhqir edib daha sonra ünvanına təbqiredici ifadələr işlədiblər.

Rəşid Nazim

Məlumatda bildirilir ki, onlar partiya funksionerinə “sən bilirsən bizim atamızın arxasında hakimiyyət dayanır”  deyərək hücum ediblər. R.Nazim ciddi bədən xəsarəti alsa da hal-hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin