“Maşın” şounun yeni mövsümdəki iştirakçıları bəlli oldu

0
25

Azərbaycanın ən reytinqli şousu – “Maşın” ekranlara qayıdır. “Maşın” şou dekabr ayında ATV-də öz tamaşaçılarına möhtəşəm efir həyəcanı yaşadacaq. 18 gün davam edəcək mübarizə və həyəcan dolu günlər soyuq qış günlərini xeyli hərarətləndirəcək.

 AnTv.Az Publika.az-a istinadən xəbər verir ki, M Group Production”ın Mətbuat Xidmətindən aldığımız xəbərə görə, artıq “Maşın” realiti şounun iştirakçı heyətinin ilkin siyahısı hazırdır. İştirakçıların hər biri tanınan, sevilib-seçilən məşhurlardan ibarət olacaq. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da…

“Maşın”ın sayca 17-ci sürəti olan budəfəki layihədə hamını sürprizlərlə dolu bir həyəcan gözləyir. “MGP”nin verdiyi məlumata görə Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan “Maşın”ın budəfəki konsepsiyası da artıq hazırdır. Həmçinin layihənin anonsu da hazırlanır. Bu ayın sonuna kimi efirə çıxacaq anonsu görən izləyicilər əslində “Maşın”ın yeni mövzusunun nədən ibarət olacağını anlaya biləcəklər. Şounun tizeri isə artıq yayıma buraxılıb.

 

AnTv.Az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin