Maduro baş prokurora çevrilişə cəhdin araşdırılması göstərişini verib

0
9

Venesuela prezidenti Nikolas Maduro 30 apreldə dövlət çevrilişinə cəhd faktının araşdırılması üçün göstəriş verib.

AnTV.az xəbər verir ki, bu barədə o, dövlət televiziyası vasitəsi ilə çıxışında deyib.

“Bu, cəzasız qala bilməz. Mən baş nazirlə danışmışam və o bu işdə əli olanların dindirilməsi üçün 3 prokuror təyin edib. Onlara araşdırılma aparılması və ittiham elan etmələri tapşırılıb”, – Maduro belə deyib.

Qeyd edək ki, ölkədə hökumət əleyhinə keçirilmiş etiraz aksiyaları ilə əlaqədar azı 83 nəfər nəzarət altına alınıb. Onların əksəriyyəti (59 nəfər) təkcə Suliya ştatında saxlanılıb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin