“Lotu Quli”yə sui-qəsd olub – FOTO

0
12

Azərbaycanlı kriminal avtoritet “Lotu Quli”yə (Nadir Səlifov) sui-qəsd etmək istəyən şəxslər İstanbulda saxlanılıb.

AnTV.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 17 nəfər şübhəli saxlanılıb.

Məlumatda qeyd olunur ki, yanvarın 31-də Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan 9-u azərbaycanlı, 5-i gürcüstanlı, 2-si ukraynalı və 1-i rusiyalıdır. Həmin şəxslərin üzərindən 11 tapança, avtomat və 222 güllə aşkar edilərək götürülüb.

Saxlanılan şübhəlilərin “Andrey Malyi” ləqəbli gürcüstanlı kriminal avtoritet Quram Çıxladzenin rəhbərliyi altında olduğu söylənilir.Report

 Fotoları təqdim edirik
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin