Londondakı terror aktının təfərrüatı bilindi: terrorçu baş nazirə də sui-qəsd hazırlayıb

0
6

Ötən gün London Körpüsündə bıçaqlı hücumun kimin tərəfindən edildiyi məlum olub.

AnTV.az Musavat.com-a istinadən məlumat verir ki, insanlara hücum edən şəxsin kimliyi məlum olub. London polisinin açıqlamalarına görə, bu, Usman Xandır. 28 yaşlı Xan keçən il elektron qolbaq taxıldıqdan sonra şərti azadlığa buraxılmışdı.

2 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı hücumdan sonra qaçan Xan, polisin xəbərdarlığına məhəl qoymayıb. Nəticədə o, vurularaq öldürülüb.

İngilis mediası hücumçunun zərərsizləşdirilməsində polisə yardım edən iki nəfər vətəndaşın görüntülərini yayıb. Onlar əlində iki ədəd bıçaq və üzərində saxta kamikadze geyimi olan terrorçunu zərərsizləşdirməyə müvəffəq olsalar da, o, qaçmaq istəyib. Lakin polis onun qaçmasına mane olub.

Görüntülərdən də aydın olur ki, vətəndaşlardan biri terrorçunun üzünə yanğın söndürmə aləti ilə su sıxır, digəri isə dəmir çubuqla onu vuraraq, yerə yıxır.

Hücumu İŞİD terror qruplaşması öz üzərinə götürüb.

2012-ci ildə məhkumluq həyatı yaşayıb

London Təhlükəsizlik Xidmətinin müdir köməkçisi Neil Basu, Usman Xanın 2012-ci ildə terrorla əlaqəsi olduğu üçün həbs edildiyini bildirib. Köməkçi vurğulayıb ki, terrorçu 2018-ci ildə şərti olaraq azadlığa buraxılıb.

Basu bundan başqa qeyd edib ki, Xan bu hücuma əvvəlcədən hazırlaşıbmış: “Hücum London saatı ilə 13:58-də məhkumların reabilitasiyası üçün Kembric Universitetinin təşkil etdiyi “Birlikdə öyrənmək” adlı konfransın keçirildiyi “Fishmongers” salonunda başlayıb. O, bundan sonra London Körpüsünə gedib və insanlara yenidən hücum etməyə başlayıb.”

Osman Can lONDRA ile ilgili görsel sonucu

Hücum planı etdiyi zaman saxlanılıb…

Məşhur ingilis nəşri olan “Daily Mail” yazır ki, Usman Xan 2010-cu ilin yanvar ayında London Fond Birjasının binasının tualetində partlayış törətməyə hazırlaşan zaman zərərsizləşdirilib.

Araşdırmalar nəticəsində partlayışı həyata keçirmək istəyən qrup üzvlərinin adları və onların bundan başqa harada partlayışlar həyata keçirəcəkləri ilə bağlı siyahı da tapılıb.

Osman Can lONDRA ile ilgili görsel sonucu

Siyahıya görə, terrorçuların hədəfində ABŞ-ın Londondakı səfirliyi, həmin dönəm London bələdiyyə başqanı olan, hazırki Baş nazir Boris Consonun evi, Müqəddəs Paul kilsəsinin arxiyepiskopunun evi və daha iki kilsə də var idi.

Terrorçular bundan başqa, Biq Ben, Vestminster Abbey Kilsəsi, Vestminster Sarayı və “London Gözü” kimi tanınan bir çox turistik yerləri də partlatmaq istəyiblər.

Usman Xan lONDRA cONSON ile ilgili görsel sonucu

Seçki kampaniyasına ara verilib

Baş nazir Boris Consonun lideri olduğu Mühafizəkarlar Partiyası və ölkənin ana müxalifət partiyası olan İşçi Partiyası 12 dekabrda keçiriləcək erkən seçkilərlə bağlı apardıqları təbliğat kampaniyasına ara verib. Bu barədə ölkənin baş naziri Boris Conson BBC-yə verdiyi açıqlamasında bilirib. O, qeyd edib ki, baş vermiş hadisə ölkənin sabitliyinə yönəlmiş təhdiddir.

“Bu hadisədə əli olan hər kəs qanun qarşısında cavab verəcək”, – deyə Conson bildirib.

Xatırladaq ki, 2017-ci ildə də həmin yerdə terror hadisəsi baş vermişdi. 3 iyunda baş verən teraktda 8 nəfər həlak olmuşdu. 3 nəfər terrorçunun insanların üzərinə avtobus sürməsi nəticəsində 48 nəfər yaralanmışdı. Həyata keçirilən terror aktını İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin