Mübariz Mənsimovun həmkarı Levon Termencyan ABŞ-da həbs edildi

0
61

ABŞ-da erməni diasporasının nüfuzlu nümayəndələrindən biri olan Levon Termencyan Amerikadan şəxsi təyyarədə Türkiyəyə qaçmağa cəhd edərkən FTB tərəfindən həbs edilib.

Xəbəri “Hurriyet” Amerika KİV-inə istinadən yayıb.

Daxil olan məlumata əsasən, Levon Termencyan Los-Anceles aeroportunda saxlanıb, o İstanbula birbaşa oradan uçmaq istəyirmiş.

Yuta ştatı prokurorluğunun verdiyii məlumata görə, Levon Termencyan öz şərikləri Kinqston qardaşları ilə birlikdə üç milyard dolların yuyulmasında günahlandırılır. O, bir müddət əvvəl Kinqston qardaşları ilə eyni vaxtda saxlanmışdı, ancaq girov müqabilində azadlığa çıxmağa nail oldu. Yuta ştatının prokurorluğu məhkəmənin bu qərarına etiraz etdi. Müstəntiqlərin fikrincə, Levon Termencyan bu məhkəmə hökmündən Türkiyəyə qaçmaq üçün istifadə edəcəkdi… Nəticədə istintaq erməni biznesmeninin yenidən həbsi haqda məhkəmə hökmünə nail oldu və o, həqiqətən də ABŞ-dan qaçmağa cəhd edərkən yaxalandı.

17 sentyabrda Levon Teremencyan Solt-Leyk-Siti şəhərinin məhkəməsi qarşısına çıxarılacaq və orada ona ittiham elan olunacaq.

Ermənistan vətəndaşı Levon Termencyan çoxdan ABŞ-a köçüb və Türkiyə vətəndaşlığı almaq üçün müraciət edib. Yeri gəlmişkən, keçən il Levon Termencyan Los-Anceles məhkəməsinin qərarı ilə adını və soyadınını dəyişərək Lev Aslan Dermen olub

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin