Lənkəranda evdə partlayış: xəsarət alan var

Lənkəranda qaz sızması partlayışa səbəb olub.

AnTV.az xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran şəhərində 2-ci mikrorayon ərazisində, Zərifə Əliyeva küçəsi 78/3, mənzil 11 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, partlayış evdə kirayədə yaşayan tələbə, 1997-ci il təvəllüdlü Masallı rayon Zuvand kənd sakini Xəlilzadə Cəmil Əliməmməd oğlunun hamam otağında su qızdırıcısı ilə ehtiyatsız davranışı nəticəsində baş verib.

Cəmil Xəlilzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona hər iki əlin, sifət və boyun nahiyəsinin 1-2-ci dərəcəli termiki yanığı diaqnozu qoyularaq, zəruri tibbi yardımlar göstərilib.

 

AnTV.az