Lavrov əsir və girovlara dair Bakının mövqeyini dəstəklədi

0
14

Rusiya münaqişə zonalarında etimadın yaradılması üçün əsirlərin və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə çağırır.

AnTV.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri aprelin 30-da keçirdiyi mətbuat konfransında deyib.

“Biz həmişə belə situasiyalarda tutarlı humanitar həllərin tərəfdarıyıq: cəsədlərin dəyişdirilməsi, hərbçilərin, girov saxlanılan şəxslərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi. Və biz hesab edirik ki, belə addım münaqişə zonalarında etimad mühitinin yaradılmasına xidmət edəcək, istər Yaxın Şərqdə olsun, istər Dağlıq Qarabağda, istər Ukraynanın cənub-şərqində”-Rusiya XİN rəhbəri bildirib.

Xatırladaq ki, rəsmi Bakı dəfələrlə Ermənistanı əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə çağırıb. Lakin Ermənistan hakimiyyəti Dağlıq Qarabağda girov saxlanılan Kəlbəcər köçkünləri Şahbaz Quliyev və Dilqəm Əsgərovu heç bir halda dəyişdirməyəcəyini bildirir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin