Xəbərlər

''Kür'' daha bir can aldı

Kür çayının Tovuz rayonunun Girzan kəndindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur. AnTv-nin FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.