Koronavirusdan 3112 nəfər öldü

0
2

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 3-nə olan məlumatı açıqlayıb.

AnTV.az xəbər verir ki, təşkilatın məlumatına əsasən, son 24 saat ərzində Andorra, İordaniya, Latviya, Mərakeş, Portuqaliya, Səudiyyə Ərəbistan, Seneqal və Tunisdə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı:

Dünyada: 90 870 (1922 yeni)

Çində: 80 304 130 yeni)

2946 ölüm halı (31 yeni)

Çinin xaricində:

10 566 yoluxma halı (1792 yeni)

72 ölkə (8 yeni)

166 ölüm halı (38 yeni)

ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin