Kolomoyski qayıdacaq və Zelenskiyə kömək edəcək

0
25

Kolomoyski qayıdacaq və Zelenskiyə kömək edəcək

Ukraynalı milyarder İqor Kolomoyski ölkəyə qayıdacağını və yeni seçilmiş prezident Vladimir Zelenskiyə kömək edəcəyini bildirib.

Bu barədə Rusiyanın NTV telekanalı məlumat yayıb.

Bildirilir ki, hazırda Kolomoyski İsraildədir. O, seçkilərin rəsmi nəticələri elan olunduqdan sonra Ukraynaya qayıtmaq niyyətindədir.

Milyarder bildirib ki, qayıtdıqdan sonra heç kimlə görüşmək istəmir.

Kolomoyski həmçinin deyib ki, Zelenskinin komandasında təmsil olunmaq fikrində deyil. O sadəcə yeni prezidentə məsləhətlərini verəcək.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin