Xəbərlər

KİV Paşinyanın Putinlə görüşü barədə: Ağır gündəlik olacaq

Sentyabrın əvvəlində Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüş planlaşdırılır. AnTv.Az xəbər verir ki, bununla bağlı Ermənistanın “168 jam” qəzeti məlumat yayıb. Məlumata görə, Nikol Paşinyanı kifayət qədər sərt gündəlik gözləyir – Koçaryana qarşı cinayət işi, eləcə də, Ermənistan hökumətinin ayrı-ayrı nümayəndələri tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) imtina edilməsi məsələləri müzakirə ediləcək. “Bundan başqa, Azərbaycanın KTMT-yə üzvlük məsələsi ətrafında fikir mübadiləsi aparılacaq”, - qəzet yazıb.