Kim Çen İn dörd diplomatının ölüm əmrini verdi

0
100
Şimali Koreya lideri Kim Çen İn ABŞ prezidenti Donald Tramp ilə Vyetnamda keçirilən zirvə görüşündən nəticə ala bilmədiyi üçün 4 diplomatın ölüm əmrini verib.

 AnTV.az xəbər verir ki, diplomatlar zirvə görüşündən əvvəl Amerikaya məlumat ötürməkdə ittiham ediliblər. Diplomatlar güllələnərək edam ediliblər.
Edamı Kommunist partiyasının rəsmiləri və hərbçilər izləyiblər.

Dörd diplomatın edam edilməsi barədə xəbər bir yapon rəsmi şəxsin Şimali Koreyaya səfərindən sonra üzə çıxıb. Şimali Koreya hökuməti isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin