Kəmaləddin Heydərovun İngiltərədə nələri var? – ARAŞDIRMA

0
400

Araşdırmaçı jurnalist Cavanşir Həsənli nazir Kəmaləddin Heydərovun İngiltərədəki biznesinin bir hissəsi haqqında əldə edə bildiyi məlumatları paylaşıb.

AnTV.az həmin materialı oxucularımıza təqdim edir:

Bildiyiniz kimi İngiltərədə Kəmaləddin Heydərova məxsus çoxsaylı şirkətləri oğlanları Nicat və Taleh idarə edir. Amma hansısa səbəblərdən fövqəlnazir son 1-2 il ərzində onların adlarını şirkətlərin rəsmi təsisçiləfi sırasından çıxarıb və bununla guya Britaniyadakı biznesinə son qoyduğu görüntüsünü yaratmağa çalışıb. Fövqəlnazir bu ölkədəki pullarını uzun illərdən bəri oğlanlarına biznes işlərində kömək etmiş tərəfdaşlarına etibar edib.
Böyük ehtimalla cənab Heydərovu bu addımı atmağa vadar edən son vaxtlarda hakimiyyətlə münasibətlərində yaranmış çatlardır. Yəni uzun illər hakimiyyətə sədaqətlə qulluq etmiş fövqəlnazir artıq ona etibar etmir, günün birində vəzifəsini və Azərbaycandakı iqtisadi imperiyasını itirəcəyini anlayır, vaxtında xaricdəki biznesini göz qabağından yığışdırmağa üstünlük verib.
Kəmaləddin Heydərovun İngiltərədəki biznesini etibar etdiyi ən sadiq dostu 1963-cü il təvəllüdlü Britaniya vətəndaşı xanım Gillian RALSTON JORDAN-dır. Əslində kifayət qədər cazibədar görünən Gillian xanım daha əvvəldən Gilan Holdinq sahibinin biznesinin böyük qismini öz kölgəsində gizlədib. Hazırda o, Taleh və Nicat Heydərovların adına olan 5 şirkəti idarə edir.
Bloombergin məlumatına görə, xanım Jordan 25 ildn çox idarəçilik təcrübəsinə malikdir, Şotlandiya Krallıq Bankının rəhbərinin müavini olmaqla yanaşı, Bermuddakı offşor şirkətlərinin meneceri olaraq fəaliyyət göstərir.
Məlum olduğu kimi indiyədək Heydərov qardaşlarının adına İngiltərədə 12 şirkət və cəmiyyət qeydiyyatdan keçirilib;
AZERBAIJAN GERMAN CONSULTANCY COMPANY LIMITED (şəhadətnamə nömrəsi 06859927, 26 mart 2009-cu ildə təsis edilib, 2013-cü ildə qapadılıb)
Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
 
AZERBAIJAN CARPETS LIMITED
(şəhadətnamə nömrəsi 06860002, 26 mart 2009-cu ildə təsis edilib, 25 mart 2013-cü ildə qapadılıb)
Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
 
UEI CAY LIMITED
(şəhadətnamə nömrəsi 06860070, 26 mart 2009-cu ildə təsis edilib, 25 mart 2013-cü ildə qapadılıb)
Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin