Kəmaləddin Heydərov iflası davam edir: DAHA 2 LAYİHƏNİ İTİRDİ

0
1971

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov haqqında son günlər bir-birinin ardınca iflas xəbərləri artmaqdadır. 

AnTV.az xəbər verir ki, bu dəfə o xaricdəki böyük bizneslərindən birini itirib. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Məlumatda deyilir:

“HEYDƏROVUN İKİ BÖYÜK LAYİHƏSİ BATDI

Kəmaləddin Heydərovla bağlı nələrsə baş verir. Fövqəladə hallar naziri haqqında son vaxtlar yayılan məlumatlar onun fövqəlgücünün sarsıldığı barədə danışmağa ciddi əsaslar verir. Məsələn, ötən həftə Heydərova məxsus məşhur holdinqin cərimələnməsi xəbəri yayıldı. Eləcə də ona bağlı Benkons şirkətinin Bosniyada tikdiyi 30 milyon avroluq layihəsini başa çatdıra bilməməsi və maliyyə sıxıntıları ilə üzləşməsini diqqətinizə çatdırmışdım. “Gilan” və “Benkons” bu məlumatlara hələ reaksiya verməyib.

Və Heydərovla bağlı daha bir məlumat.

Nazirə məxsus Benkons Group Tatarıstandakı iki böyük layihəsini dayandırıb. Söhbət Kazanka çayı sahilində 20 milyon dollar investisiya dəyərində 13 ofislik biznes mərkəzi və 252 yerlik 4 ulduzlu oteldən ibarət kompleksin tikintisindən gedir. Nazirin şirkəti eyni zamanda Tatarıstanın Laişevski rayonunda 4 milyar rubl investisiya dəyəri olan şirə zavodunun və logistika mərkəzinin tikintisindən də müəmmalı şəkildə imtina edib. İldə 50 min ton istehsal gücünə malik zavodda 250 nəfərin işlə təmin olunması nəzərdə tutulurdu.
Heydərovun şirkəti kompleks üçün nəzərdə tutulmuş 2 hektarlıq ərazini yarımçıq tikili qarışıq Rusiyanın UD Group-una bu yaxınlarda satıb. Zavod üçün alınmış 75 hektar və logistika nəzərdə tutulmuş 12 hektar ərazi də hazırda satışa çıxarılıb.”

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin