Sosial

Kəmaləddin Heydərov Gəncəyə getdi

Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncəyə səfər edib.

AnTV.az-ın xəbərinə görə, K.Heydərov ermənilərin raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, erməni təxribatı nəticəsində dağılmış mülki obyektlərin və yaşayış binalarının vəziyyəti ilə tanış olub.