Keçmiş nazirin qızı rüşvətə görə həbs olundu

0
13

İranın keçmiş sənaye nazirinin qızı Şəbnəm Nemətzadə həbs edilib.

AnTV.az xarici mətbuata istinadən xəbər verir ki, o, dərman bazarında qeyri-qanuni yolla ticarətlə məşğul olmaqda ittiham edilib.

Nazir qızı bu işdə şübhəli bilinən Əhməd Rza Laşkaripur ilə birgə hakim qarşısına çıxarılacaq. Onların qeyri-qanuni yollarla 42 milyon dollardan çox pul mənimsədiyi bildirilir.

Məhkəmə sentyabrın 15-də baş tutacaq.

Xatırladaq ki, Şəbnəm Nemətzadə daha öncə də dərman qaçaqmalçılığı ilə 1,5 milyon dollar pul mənimsədiyi üçün hakim qarşısına çıxmalı olub.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin