Kartof ixracı kəskin şəkildə azalıb – EKSPERT

0
23

“Azərbaycan Ermənistandan 2,6 dəfə az kartof istehsal edib”. AnTv.az-ın xəbərinə görə,  bu haqda kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli  sosial şəbəkədəki səhifəsində belə yazıb.yazıb.

V.Məhərrəmli buna sübut olaraq  Dövlət Statistika Komitəsinin (DSK) məlumatını da  təqdim edib: “MDB ölkələrində illik adambaşına kiloqramla kartof istehsalı göstəriciləri belədir: Аzərbaycan-94, Ermənistan-245, Belarus-630, Ukrayna- 531, Qazaxıstan-200, Qırğızıstan-228. Normada adambaşına 125 kiloqram olsa da, biz ondan da az istehsal edirik”.

Ekspert hesab edir ki, hakimiyyətin aqrar sektordakı idarəetməsi “ikinci çörəyin” istehsalını da bərbad vəziyyətə salıb. Azərbaycan özünün kartofa olan təlabatını da daxili istehsal hesabına ödəyə bilmir.

Onun sözlərinə görə, son 5 ildə ölkəyə kartof idxalı fiziki çəkidə 2,7 dəfə, dəyər ifadəsində isə 6,4 dəfə artıb. Belə ki, 2011–ci ildə ölkəyə 5,2 milyon dollar dəyərində 67,4 min ton kartof idxal olunduğu halda, 2016-cı ildə 33,7 milyon dollar dəyərində 182,9 min ton kartof idxal olunub:

“Bu müddət ərzində kartof ixracı kəskin şəkildə azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən,  2011-ci ildə Azərbaycan 91,7 min ton kartof ixrac etdiyi halda, 2016-cı ildə bu göstərici 2,7 dəfə azalaraq 38,2 min ton təşkil edib. Bu azmış kimi 2017-ci ildə pambıq ərazilərinin genişləndirilməsi kartofçuluqdan da yan keçməyib”.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin