Kamil Musavi seçki qanunvericiliyini pozub – İDDİA

0
29

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd olan Qarabağ qazisi Kamil Musavi seçki prosesini kobud şəkildə pozaraq, saxtakarlığa əl atıb. 

AnTV.az xəbər verir ki, bununla bağlı seçicilər müraciət ediblər.

Müraciət edən şəxslər Kamil Musavinin seçicilərlə görüşü zamanı yol verilən saxtakarlıqların görüntülərini də çəkərək redaksiyamıza göndəriblər.

Sakinlər bildirir ki, Kamil Musavi Salyanın Qaraçala qəsəbəsində bu gün keçirdiyi görüşə Bakıdan, Gəncədən, Masallıdan, Beyləqandan və Sumqayıtdan ayrı-ayrı avtomobillərlə 130 nəfərə yaxın adam gətizdirib. Görüşə qatılan insanların əksəriyyəti kənar şəhər və rayonlardan gətirilən adamlar olub.

Həmin adamların gəldiyi avtomobillər arasında bahalı model maşınlar da var.

Həmin görüntüləri təqdim edirik.Demokrat.az

 Fotoları təqdim edirik
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin