Jurnalistlərə qarşı olan təzyiqlərə həmkarlarından reaksiya

0
125

Son günlər Azərbaycanda mətbuat işçilərinə və bloggerlərə qarşı çox böyük təzyiqlər olunur.

AnTV.az xəbər verir ki, martın ayının 3-də Masallıda jurnalistlərə qarşı bir qrup mülki geyimli şəxslər tərəfindən zor tətbiq edilərək fotoaparat, telefon və digər avadanlıqları əllərindən alınaraq, yararsız vəziyyətə salınıb. Ardınca “8MARŞ” yürüşündə bir qrup qadın tərəfindən yenidən jurnalistlərə hücumlar olundu.

Son dönəmlər jurnalistlərə qarşı olan hücumlarla bağlı AnTV.az-a açıqlamasında İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət “İstənilən halda heç bir jurnalistə qarşı zor tətbiq edilməsinə təqdir edə bilmərəm. Əlbəttə ki, Azərbaycanda medianın sərbəstliyi var və siyasi mövqeyindən hər kəs çıxış edə bilər. Əgər, hansısa jurnalist qanun pozuntusuna yol verərsə, bunun hüquqi qiyməti verilməlidir. Jurnalistlərə qarşı hücum edən şəxslərin bunu bir daha düşünmələrini və belə əməllərə yol verməməsini arzu edirəm.” – deyə qeyd etdi.

Azər Həsrət

“Xural” qəzeti və saytının baş redaktoru, “Jurnalistlərə qarşı olan təzyiqləri çox şiddətlə qınayıram. Azərbaycan höküməti də heç bir halda jurnalistlərin fəaliyyətini əngəlləməməlidir. Jurnalistlərə qarşı olan bu münasibət Azərbaycan hakimiyyətinin nəticəsidir! Bu da Azərbaycan hakimiyyətinin mətbuat siyasətinin nə qədər yarıtmaz olduğunu ortaya qoyur.” – deyə bildirdi.

Əvəz Zeynallı

Oxu.az-ın əməkdaşı Nəzrin Həsənova isə “Jurnalistlər cəmiyyətin aparıcı nümayəndəsidir. Lakin jurnalist də cəmiyyətdə davranışlarına fikir verməli, ehtiyatlı davranmalıdır. Jurnalistə qarşı olan heç bir təzyiqi təqdir etmək olmaz.” – deyə AnTV.az-a açıqlamasında qeyd etdi.

Nəzrin Həsənova

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin