Jurnalist : “Rəhim Qazıyev, papağın dəyərini Şuşada qoyub gəlmisən”

0
73

Etibar Hüseynov Rəhim Qazıyevə sərt sözlər ünvanlayıb. 

Əslinə qalanda, adını da utanmazcasına Azərbaycan Xalq Hərəkatı qoyduqları yığıncağın son iclasında baş verən biabırçılıqdan sonra, özünə hörmət edən kişi və ya xanım bir də ora ayaq basmağı özünə rəva bilməzdi”.

AnTV.az xəbər verir ki, bu barədə tanınmış jurnalist, ARB telekanalında “Sitatın sonu” verilişinin aparıcısı Etibar Hüseynov “facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, baş verənlərə baxmayaraq, bunu özlərinə rəva görənlər oldu: “…Və mən onları qınamıram. Çünki ora getməyəndən sonra, bu şəxslər nəyə lazımdır, kimin yadına düşəsidilər ki? Odur ki, bir-birinə “gəda”, “şərəfsiz”, “eşşək kimi anqırma” deyib, var-yox söyüşü edə-edə yenə də yığışmaq qərarına gəldilər guya ki…”.

“Rəhim Qazıyev! Mən səni daha bu qədər də həyasız və mənəviyyatsız sanmırdım. Adamın üzü nə qədər padoş olarmış?”

Jurnalist ittihamına davam edərək qeyd edib ki, belələri canlı yayıma çıxıb-söyüş söykərkən, düşünmürlər ki, onları kənardan qadın və uşaqlar da izləyə bilərlər. “Başına papaq qoyub guya ki, ağsaqqallıq edirsən”, deyə yazan Etibar Hüseynov əlavə edib: “Amma canlı yayım edən kameraların qarşısında uşaq, qadın, yaşlı – fərqinə almadan təhqir, söyüş yağdırırsan. Əslində o başına qoyduğun papaq da papaq deyil, sən papağın dəyərini Şuşada qoyub gəlmisən. Ona görə də o bir əski parçası, cındırdır. Sitatın sonu”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin