“İtkin” düşən  İsmayıl İslamoğlunu polis tapıb -RƏSMİ

0
32

“İtkin düşən” Kanal 13.tv internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu tapılıb.

AnTv.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki,  sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində N.İsmayılın polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir. 

Belə ki,  BŞBPİ-dən bildirilib ki, oktyabrın 26-da Şirvan rayon sakini, Nadirli İsmayıl İslam oğlunun itkin düşməsi ilə bağlı Yasamal RPİ 28-ci Polis Bölməsinə müraciət daxil olub.  N.İsmayılın iş yoldaşı Lamiyə Orucova DİN 102 Xidmətinə  müraciətində vurğulayıb ki, N.İsmayıl oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı ilə çıxsa da, ünvana çatmayıb: “Daxil olan müracət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkindüşmə kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilib”-, deyə məlumatda bildirilib.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin