İtkin düşən əsgərimizin meyidi tapıldı: Minaya düşüb

0
81

Bir neçə gündür ki Tovuz istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət edən, axtarışda olan, silahı ilə birlikdə xidməti ərazini özbaşına tərk etdiyi deyilən, Ağcabədi rayonundan həqiqi hərbi xidmətə çağrılan, 2001-il təvəllüdlü Abbasov Elşən Akif oğlunun meyidi tapılıb.

AnTV.az xəbər verir ki, əsgərin bədəninin parçalara bölünmüş hissələri (gələn məlumata görə baş və bədən hissəsi) Azərbaycan-Ermənistan qoşunlarının qarşıdurma xəttinin Tovuz rayon Ağdam kəndi istiqamətində olan ərazisində – neytiral ərazidə aşkarlanıb. Əsgərin minaya düşdüyü bildirilir. İstintaq bitdikdən sonra ətraflı məlumat veriləcək.

Allah şəhidimizə rəhmət eləsin, Vətən sağ olsun!

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin