İsrailli model Kventin Tarantinonu yoldan çıxarıb

0
22

Amerikalı rejissor Kventin Tarantino 55 yaşında ilk dəfə ailə həyatı qurub.

AnTV.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rejissor  israilli müğənni və model Daniele Piklə ailə həyatı qurub.

Cütlük noyabrın 28-də Los-Anceles şəhərində nikaha girib.

Qeyd edək ki, K.Tarantino dəfələrlə açıqlamalarında ailə həyatını karyerasına dəyişdiyini bildirib. Hətta 2009-cu ildə rejissor çəkdiyi filmdən başqa heç nə haqqında düşünmədiyini, ona maneçilik törədə biləcək həyat yoldaşının və uşaqlarının olmadığını deyib.

Qeyd edək ki, Kventin Tarantino və Daniele Pik 2009-cu ildə İsraildə tanış olub, 2017-ci ildə isə nişanlanıblar.

Gülnaz Qənbərli

AnTV.AZ

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin