Siyasət

İsrailin baş naziri Binyamin Netanyahu Avropaya qarşı ağır ittihamlar irəli sürdü

İsrail baş naziri Binyamin Netanyahu Avropa ölkələrini Tehran rejiminə müqavimət göstərməməkdə ittiham edib.

Netanyahu Nazirlər Kabinetinin iclasında dünya birliyini terror təşkilatları ilə mübarizə üçün birləşməyə çağırıb. O qeyd edib ki, İŞİD-lə (“İslam Dövləti” qruplaşması ) bağlı məsələdə bu tendensiya sezilsə də, İrana münasibətdə müşahidə olunmur. Netanyahu Avropa dövlətlərini ABŞ prezidenti Donald Trampın Tehran rejiminə qarşı yönəlik səylərinə dəstək verməyə çağırıb