İspaniyada daha bir erməni təxribatı — FOTOLAR

0
94
Ermənistanın İspaniyadakı səfirliyi Azərbaycana qarşı növbəti təxribata imza atıb.

AnTV.az xəbər verir ki, səfirlik öz internet səhifəsində Azərbaycana qarşı həqiqətdən uzaq, böhtan xarakterli məlumat yerləşdirib. Bu barədə  Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assossiasiyasının (ACAE) direktorlar Şurasının yaşadığı bölgə üzrə rəhbəri, sosial şəbəkədə İspaniya Azərbaycanlıları Birliyi səhifəsinin yaradıcısı Vahid İmanov məlumat verib.

Onun sözlərinə görə, Ermənistan səfirliyinin yaydığı məlumatda Azərbaycanın Ağdərənin Marağa adlı kənddə guya ermənilərə qarşı qırğınlar həyata keçirdiyi qeyd olunur və bu da “Marağa soyqırımı” kimi təqdim edilir. Guya Azərbaycan etnik təmizləmə siyasəti aparıb. Marağada 60-dan çox adam 9-u uşaq 29 qadın olmaqla, 57 mülki həlak insnın həlak olmasını qeyd edirlər. Bundan başqa “Böyük Britaniya, Lordlar Palatasının sabiq vitse-prezidenti, bu dəhşətli qırğınların ilk şahidlərindən biri idi”, – deyə vurğulanır və “Artsax xalqı”nın hüquqlarının müdafiə edildiyi fikirləri önə çəkilir. Bu “hadislərər”in “Davam edən etnik təmizləmə” kitabında təsvir edildiyi deyilir.

Ermənistan səfirliyinin bu dövlət təxribatına qarşı duyarsız qalmamağa çağırış edən Vahid İmanov bildirdi ki, bu tipli böhtanlara qarşı tutarlı cavab verməliyik: “Biz özümüz ermənilər tərəfindən soyqırıma məruz qalmışıq. Amma onlar utanmadan bunun əksini deyirlər. Biz niyə bu qədər loyal oluruq görəsən? Başımıza gətirilən müsibətləri niyə tez unuduruq? Bədnam qonşularımız olan ermənilər yalanlar uyduraraq bunu olmuş hadisələr kimi dünyaya sırıyırlar. Amma biz olan tarixi faktlar, başımıza gətirilən hadisələri belə lazımınca təqdim edə bilmirik. Məsələn 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlı qüvvələri Qarabağ separatçıları ilə birlikdə Ağdaban və Çayqovuşan kəndlərinə hücuma keçib və 130 ev yandırılıb, 779 dinc sakinə divan tutublar. Bu faciədə 67 nəfər qəddarcasına qətlə yetirilib, 2 azyaşlı uşaq, 7 qadın, 8 nəfər 90-100 yaşlı qoca diri diri yandırılıb. Təəssüf ki, bu cür hadisələri lazımi səviyyədə işıqlandırmır və dünyaya təqdim edə bilmirik. Ermənilər isə yalandan hadisələr uyduraraq həqiqət kimi dünyaya sırıyırlar. Bu yalanlardan da biri aprelin 10-da yaydıqları yalançı “Marağa soyqırımı” adı verdikləri məlumatdır. Bu cür təxribatalara qarşı ciddi və tutarlı cavablar verməliyik”.

 

Yusif İsayev

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin