İsmayıllıda qanunsuz silah saxlayan tutuldu

0
8

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

AnTV.az xəbər verir ki, yanvarın 25-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Ərəkit kənd sakini Fazil Allahyarovdan müvafiq sənədləri olmayan “TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb.

F.Allahyarova İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə protokol tərtib olunaraq İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin