İŞİD-ə qoşulub Suriyaya gedənlər geri qayıtmaq istəyir

0
12

Bir neçə il əvvəl İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qoşulanlar peşmandır və ölkələrinə geri qayıtmaq istəyirlər.

AnTV.az xəbər verir ki, onlardan biri Böyük Britaniya vətəndaşı Şamima Bequmdur. Banqladeş əsilli Şamima 2015-ci ildə, 15 yaşı olanda İŞİD-ə qoşulub. İŞİD cihadçılarından birinə ərə verilən Şamimanın həyat yoldaşı bir müddət əvvəl əsir düşüb. Onunla bir yerdə terror təşkilatına qoşulmaq üçün Suriyaya gedən rəfiqələrindən biri də bombardman zamanı ölüb.

Hazırda Suriyada qaçqın düşərgəsində olan və yenicə uşağı doğulan Ş.Bequm Britaniyaya geri qayıtmaq istəyir.

Ötən gün isə Daxili İşlər Nazirliyi onun vətəndaşlığını ləğv edib. Nazir Sacid Cavid deyib ki, İŞİD-ə qoşulanların Britaniyaya qayıtmaması üçün əlindən gələni edəcək.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin