İsgəndər Həmidov xəstəxanaya yerləşdirilib

0
346

  Sabiq Daxili İşlər Naziri İsgəndər Həmidov bu gün səhər saatlarında xəstəxanaya yerləşdirilib. 

 AnTV.az xəbər verir ki, bu barədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı öz sosial şəbəkəsində yazıb. İsgəndər Həmidov Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna yerləşdirilib.

Belə ki, Əvəz Zeynallı sabiq nazirin xəstəxanaya yerləşdirilməsi ilə bağlı bu sözləri yazıb:

“İsgəndər Həmidovun səhhətində problem yaranıb və onu Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna yerləşdiriblər. Ürəyində xırda problemlər var. Dostlar üzülməsin, rəqiblər sevinməsin, hər şey üzü işığa doğrudur… Sağlamlığına tez qovuş, cənab general! Hələ görəcəyimiz işlər çoxdur!”

  Nurlan Cəfəri

  AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin