Sosial

İşğaldan azad olunan Hadrutdan ilk görüntülər - FOTO

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Dağlıq Qarabağa doğru zəfər yürüyüşü sayəsində ötən gün Azərbaycanın tarixi ərazisi olan Hadrut qəsəbəsi və digər səkkiz kənd Ermənistanın işğalından azad edilib.

AnTV.az xəbər verir ki, Hadrut Xocavənd rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində şəhər tipli qəsəbədir. 1939-cu ilədək adı Dizaq olub. Qozluçayın dərəsində, Arqu dağının ətəyində yerləşir. XIX əsrdə Ağoğlan kimi qeydə alınıb.

Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilən Hadrut 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində azad edilib.

 Fotoları təqdim edirik