Xəbərlər

İşçi qrupunun fəaliyyəti nədən ibarət olacaq? - ƏTRAFLI

Rusiya, Azərbaycan və Ermənistan liderləri Moskva görüşünün yekunları ilə bağlı birgə bəyanat imzalayıb.

AnTv.az-ın məlumatına görə, imzalanan bəyanatda yaradılan işçi qrupunun fəaliyyət istiqaməti də müəyyənləşib.

Belə ki, işçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan və Ermənistan ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan və Ermənistan tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı bu ölkələrin ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.

Qeyd edək ki, işçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək.