Siyasət

İrəvan: mitinqə axın var, Paşinyan təlaşlandı - nümayişçilərin qarşısı alınır

Ermənistanda bölgələrin qubernatorlarına vətəndaşların bu gün müxalifətin İrəvanda keçirəcəyi mitinqdə iştirakının qarşısını almaq tapşırılıb. Azvision.az xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.

Məlumata görə, müvafiq təlimat hüquq-mühafizə orqanlarına da verilib, onlara yollara nəzarəti artırmaq tapşırılıb.

Qəzet yazır ki, hakimiyyət heç nədən narahat olmadığını göstərməyə çalışsa da, amma əslində belə deyil. Ermənistanın baş naziri Nikol Paşinyana aparılan araşdırmalara əsaslanaraq, mitinq iştirakçılarının sayıın çox olacağı barədə məlumat verilib.

"Düzdür, Paşinyana indi bölgələrdən insanların gəlməsini qadağan etməyin çox çətin olacağını söyləyiblər, o, isə hər kəsə mümkün olacağı qədər öz işini görməyi əmr edib", - məlumatda deyilir.

Qəzetin yazdığına görə, bəzi iqtidaryönlü dairələrin nümayəndələri etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalara nail olmaq üçün təxribatlara gedə bilər.

Xatırladaq ki, bu gün Ermənistan müxalifətinin birləşdiyi "Vətənin qurtuluşu hərəkatı" Azadlıq meydanında genişmiqyaslı mitinq keçirəcək.