İranda “Konqo-Krım” qızdırmasına yoluxanların sayı 90-nı keçdi

0
9

İranda “Konqo-Krım” qızdırmasına yoluxanların sayı 90-nı keçib.

AnTV.az xarici mediaya istinadən bildirir ki, bunu İranın Baytarlıq Təşkilatının sədr müavini Kərim Əmiri açıqlayıb.

Onun sözlərinə görə, statistikaya əsasən cari ildə bu qızdırma nəticəsində 10 nəfər həlak olub.

Sədr müavini qanunsuz heyvan qaçaqmalçılığının Sistan və Bəluçestan vilayətində bu xəstəliyin artmasına səbəb olduğunu deyib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin