“İrana qarşı yeni sanksiyalar 48 saat ərzində açıqlanacaq” – Tramp açıqladı

0
5

ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq ediləcək yeni sanksiyaların 48 saat içərisində açıqlanacağı bildirib.

AnTV.az türk mediasına istinadən xəbər verir ki, Tramp bunu Los-Anceles Beynəlxalq Hava Limanında yeni Beynəlxalq Təhlükəsizlik sözcüsü Robert Obrayn ilə birgə jurnalistlərə açıqlamasında deyib. İrana qarşı sanksiyaların artırılması məsələsindən danışan Tramp yeni və önəmli sanksiyalar əlavə edəcəklərini deyib.

İrana qarşı hərbi müdaxilənin olub-olmayacağı sualına “Nə olacağını görəcəyik” deyə cavab verən ABŞ prüzidenti əlavə edib ki, əgər bir şey etməyimiz lazım gələrsə, bunun tərəddüdsüz edəcəyik. Hal-hazırda çox güclü bir mövqedə olduğunu vurğulayan Tramp hərbi müdaxilənin sonuncu variant olduğunu, masada başqa variantlarında mövcud olduğunu bildirib.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin