İntihar edən məktəbli qız və ondan üzr istəyən xanım Paşayeva

0
58
14 yaşı tamam olmayan bir qızımızın ölümü hələlik gündəmdə saxlanılır.
AnTV.az xəbər verir ki, hətta ölümlə bağlı ilkin cəzalandırılanlar da var: Elinanın təhsil aldığı məktəbin direktoru artıq vəzifədən azad edilib.
Gündə, azından bir-neçə intihar xəbəri eşidən cəmiyyət sanki şoka düşüb.
Məktəbdə psixoloq problemindən başlamış, müxtəlif  problemləri  qoyanlar da var.
Hətta hadisə ilə bağlı müğənnilərdən də heyrətlənənləri görmək olur: Allah-Allah!
Məsələni ölkənin prezidenti Əliyev və I vitse- prezident Əliyevanın nəzarətə götürdüyü barədə məlumatlar da intensiv olaraq təkrarlanır.
Təhsil naziri araşdırmalar aparır…
Prokurorluq şəxsən məşğul olur işlə…
İctimaiyyət qarışıb bir-birinə…!
Ah… Elinanın oxuduğu məktəb necə də o birilərinə oxşamırmış,  gözümüzdən qaçıb…
Elinanın-  ömrünün 14 ilini belə, tam yaşamamış qızcığazın ölümünün sanki cəmiyyətdə şok yaşatdığını göstərmək üçün hamı dəyib bir-birinə…
Həmin balamızın hərfi mənada uçub da bu dünyadan getməsi ilə bağlı söhbətin ikinci fazası isə yazıq və talesiz balamızın ortaya çıxarılan vida məktubundan sonra başladı.
Halbuki o, “vida məktubu” da deyildi. Küsüb də dincliyə qovuşacağı son yuvasına- məzarına heç kimin gəlməməsi tələbi idi.
“…Məni sağ olanda çox istəyərdiniz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin”.
Qızımızın, “bu dünya”– dediyimiz yerdə və bizimlə cəmi 14 il belə tam yaşamaq istəməyən balamızın, yaşantılarının diqtəsi ilə yazılan bu məktuba millət vəkili xanım Qənirə Paşayevanın cavabı diqqətimizi çəkdi: “Elina, inanıram ki, günahkarlar mütləq cəzalanacaq və sənin o məktubla bizə verdiyin mesajı hamımız – ailələrimiz, məktəblərimiz, qurumlarımız, uşaqlarımız, gənclərimiz -, biz hamımız doğru anlayacaq və dəyişəcəyik.
Keşkə bunları sən intihar etməzdən öncə edə bilsəydik, keşkə…
Səndən üzr istəyirəm, Elina!”.
Duyğulu məqamlardır və həmin duyğuların bürüncəkliyində belə Elinanın yaşadığı anları yaşayan, həmin yaşantılarla onun etdiyini təkrarlamaq istəyən uşaqlar və böyüklərin ucsuz-bucaqsız növbəsi gəlir gözlərimizin qarşısına…
Və xanım millət vəkilinin “Keşkə bunları sən intihar etməzdən öncə edə bilsəydik, keşkə…” peşimançılığı…
Yusif İsayev
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin