İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi – YENİLƏNİB

0
1976

Azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov İstanbulda silahlı basqın nəticəsində qətlə yetirilib.

AnTv” “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə iş adamının Floryadakı ofisində baş verib. Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Gözəl Dəmirovun axtarışlarına başlanılıb.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi. 2011-ci ildə ailə quran S. Nuriyeva ilə E. İsmayılovun İlyas adlı 4 yaşlı oğulları var.

 

*************

YENİLƏNİB

Diqqətə çatdıraq ki, Etimad İsmayılova sui qəsd törətmiş şəxsin Gözəl Dəmirov adlı azərbaycanlı olduğu bildirilir.

O, 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polis polkovnikdir. Gözəl Dəmirovun OMON kamandiri Rövşən Cavadovun yaxın silahdaşlarından biri olduğu da söylənilənlər arasındadır.

Onun Türkiyədə və Azərbaycanda iri biznes şəbəkəsinin olduğu bildirilir.

Gözəl Dəmirovun eyni zamanda Türkiyədə “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırımla biznes ortağı olduğu söylənilir.

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin