İlqar Orucov: “Əli Kərimli Cəmil Həsənlinin ipini boş buraxmaz”

0
66

Son günlərdə İlqar Məmmədovla Cəmil Həsənli arasında yaranmış qarşıdurmada hər iki tərəf bir-birinə qarşı xeyli sərt ittihamlar səsləndirirlər.

AnTV.az xəbər verir ki, bunu KİV-ə açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, bu cür halın baş verməsi fikrimcə, C.Həsənlini idarə edən Əli Kərimlinin növbəti göstərişi ilə baş verir:

Ümumiyyətlə, Ə.Kərimlinin xarakterinə xas olan qısqanclıq, özündən başqa kimsəni qəbul edə bilməmək, zaman-zaman bir cəbhədə olduğu insanları aradan götürmək halları burada da özünü göstərir və məqsəd özlərini daha real müxalifət rolunda xaricə təqdim etməkdir. Bu adamları birləşdirən məqamlar hər dəfə heçə alınır, ən sərt şəkildə qarşılıqlı ittihamlar, təhqirlər irəli sürmək bu gün özlərinə müxalifət deyən adamların sanki həyat tərzinə çevrilib. Fikrimcə, C.Həsənlini idarə edən Ə. Kərimli hazırki qarşıdurmanın başında dayanıbdır. Heç zaman Ə.Kərimli C.Həsənlinin ipini boş buraxmaz. Məhz Ə. Kərimlinin bu tipli hərəkətləri müxalifətin az sayda olsa da fəallarının birləşməsinə hər zaman mane olub. Hər iki tərəfin iddiaları, ambisiyaları qabiliyyətlərindən, bacarıqlarından qat-qat yüksəkdə dayanır. Onlar özləri də bunun fərqində olmamış deyillər. Sadəcə məqsəd xaricdəki himayədarlarına özlərini güc kimi təqdim etməklə çirkli vəsaitlər əldə etməkdən ibarətdir”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin