İlqar Məmmədov seçkini boykot edir? BƏYANAT

0
132
İlqar Məmmədov

“ReAl Alternativ Partiyası”-nın sədri İlqar Məmmədov seçkini boykot edir. Belə ki, yerinə yetirilməsi mümkün görünməyən şərtlər irəli sürərək yalnız bu şərtlər yerinə yetiriləcəyi təqdirdə seçkidə iştırak edəcəklərini bəyan ediblər.

AnTV.az xəbər verir ki, “REAL Cümhuriyyətçilər İttifaqı”nı bu barədə bəyanat yayıb. Bəyanarda deyilir:

“REAL Cümhuriyyətçilər İttifaqının
BƏYANATI

İttifaqımızın 9 fevral 2020-ci il parlament seçkilərində hər hansı şərt irəli sürmədən iştirakı haqqında mövqeyimizə yenidən baxaraq, qərara gəldik:

1. Bu gecə tanınmış bloger Mehman Hüseynovun döyülməsi xəbərinin yayılması cari hakimiyyətə siyasi alternativ mövqeyindən çıxış edən bütün qüvvələrin təhdid edilməsi anlamına gəlir deyə, hadisə tərəfsiz qaydada dövlət tərəfindən araşdırılmalı və təqsirli şəxslər mövcud hüquqi normalara əsasən cəzalandırılmalıdır.

2. Repçi Paster-in həbsi ilə başlanmaqda olan bu repressiv tədbirlər sırası dərhal durdurulmalıdır, onun davamı gəlməməlidir.

3. İttifaqımızın namizədlərinin qeydiyyatına əngəllər tam şəkildə aradan qaldırılmalı və yeniləri yaradılmamalıdır – həm Avropa Məhkəməsində bəraət almış İlqar Məmmədov, Rəsul Cəfərov və Zaur Qurbanlı üçün, eləcə də İttifaqımızın bütün digər namizədləri üçün.

4. Hakimiyyətin atacağı bütün addımları seçki bağlantısında diqqətlə izləməkdə və dəyərləndirməkdə davam edəcəyik və bu addımların seçki anlamına həlledici zərbə vurduğu təqdirdə istənilən anda bizim seçkidə iştirakından geri çəkilməyimiz haqda qərar verəcəyik.”

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin